Həsən Ruhani Bakıda - FOTO

Həsən Ruhani Bakıda - FOTO

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 24-də Bakıya səfərə gəlib.

BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

H.Ruhanini hava limanında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Həsən Ruhani Bakıda - FOTO, fotoşəkil-1 Həsən Ruhani Bakıda - FOTO, fotoşəkil-2

BakuCity.az

Həsən Ruhani
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər