Bakıda Qoşulmama Hərəkatının sammiti keçirilir

Bakıda Qoşulmama Hərəkatının sammiti keçirilir

Bu gün Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı keçirilir.

BakuCity.az xəbər verir ki, sammitə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.

İki gün davam edəcək tədbirdə 4 yekun sənədin qəbulu gözlənilir. Bunlar Yekun sənəd, Bakı Siyasi Bəyannaməsi, Ev sahibi dövlətə təşəkkür və Fələstin üzrə sənəddir. İlk üç sənədə Dağlıq Qarabağ və Azərbaycanın xarici siyasətinin prioritetləri ilə bağlı maddələr daxil edilib.

Qeyd edək ki, oktyabrın 23-24-də təşkilata üzv ölkələrin Xarici İşlər nazirləri sammitə hazırlıq məsələlərini müzakirə ediblər.

BakuCity.az

Bakı Qoşulmama Hərəkatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər