Bakı sakinlərindən şikayət: "Yolumuzu kəsiblər" - VİDEO

Bakı sakinlərindən şikayət: "Yolumuzu kəsiblər" - VİDEO

Bakının Bakıxanov qəsəbəsində yolu kəsən sakinlərdən şikayət daxil olub.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi Sakit Qocayev küçəsində yaşayan bir neçə sakin avtomobillərini rahat park etmək üçün evlərinin qarşısındakı yolu dəmir maneələrlə kəsib.

Həmin küçədə yaşayan digər sakinlər gecə sıxlıq olan vaxt avtomobili park etməyə yer tapmırlar. Onlar bildirir ki, həmin dəmir maneələr ərazidən sökülsə, digər sürücülər də rahat şəkildə avtomobilini park edər.

İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsində qeyd olunub ki, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud avtomobil yollarında nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə fiziki şəxslər 80 manatdan 100 manatadək məbləğdə, vəzifəli şəxslər 400 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə edilir.

BakuCity.az

Bakı sakinlər şikayət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər