FHN-dən Bakıda 200-ə yaxın bina ilə bağlı QƏRAR

FHN-dən Bakıda 200-ə yaxın bina ilə bağlı QƏRAR

Fövqəladə Hallar Nazirliyi Bakıda 194 binaya müsbət rəy verib.

Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, ümumilikdə ötən 8 ay ərzində ümumi sahəsi 3 434 051 kv.m olan 34 103 mənzilli, ümumilikdə 620 girişli 203 binaya (kompleksə) dair müsbət rəy verilib. 194-ü Bakıda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və icra hakimiyyətlərinə təqdim olunub.

Xatırladaq ki, bu il fevralın 19-da Azərbaycan Prezidenti İlham Əliyev “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” fərman imzalayıb.

2020-ci il yanvarın 1-dək qüvvədə olan fərmana əsasən, istismarına icazə verildiyi gündən 1 ay müddətində çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) su, kanalizasiya sistemi, işıq və qazla təchizatı təmin edilməlidir.

BakuCity.az

Bakı FHN bina
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər