Bakıda 64 yaşında ana olan qadının görüntüləri yayıldı - VİDEO

Bakıda 64 yaşında ana olan qadının görüntüləri yayıldı - VİDEO

Azərbaycanda 40 illik evlilikdən sonra süni mayalanma yolu ilə ana olan 64 yaşlı qadının görüntüləri yayılıb.

BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, qadının görüntüləri xəstəxananın sosial şəbəkə səhifəsində paylaşılıb.

Bakıdakı özəl xəstəxanaların birində qeysəriyyə əməliyyatı ilə dünyaya gələn əkizlərin atasının isə 70 yaşı var. Uşaqlardan biri qız, digəri oğlandır. Ana və uşaqların vəziyyəti yaxşıdır.

Qeyd edək ki, nəinki Azərbaycanda, ümumilikdə postsovet ölkələrində 64 yaşlı qadın ilk dəfədir uşaq dünyaya gətirir. Dünyada 64 yaşında övlad sahibi olan 5 qadın var.

BakuCity.az

Bakı ana əkiz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər