17:00, 24 oktyabr 2019

Yeni dəmir pul buraxıldı - FOTO

Yeni dəmir pul buraxıldı - FOTO

Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü ilə əlaqədar gümüş yubiley pul nişanı tədavülə buraxılıb. 

Azərbaycan Mərkəzi Bankından BakuCity.az-a verilən məlumata görə, pul nişanının nominal dəyəri 5 manat təşkil edir.

Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31,1 qram (+0,1 qram), diametri isə 38,61 millimetr təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilib.

Yeni dəmir pul buraxıldı - FOTO, fotoşəkil-1

BDU-nun 100 illik yubileyinə həsr olunmuş yubiley pul nişanının ön tərəfində universitetin inzibati binasının təsviri, ümummilli lider Heydər Əliyevin kəlamı və imzası, 8 guşəli ulduzlar, milli naxış və ornamentlər, arxa tərəfində isə Azərbaycan Respublikasının Dövlət Gerbi və pul nişanının nominalı təsvir olunub.

Yubiley pul nişanı nominal dəyəri ilə ölkə ərazisində rəsmi ödəniş vasitəsidir.

BakuCity.az

#Bakı #pul nişanı

Şərhlər

Elan
live comments feed...