Bakının Binəqədi rayonunda yataqxananın yaşayış olmayan hissəsində yanğın baş verib.
BakuCity.az Trend-ə istinadən məlumat verir ki, hadisə yerinə yanğınsöndürənlər cəlb edilib və yanğının qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, həmin yataqxanada yaşayan məcburi köçkünlərin bir hissəsi dövlət tərəfindən tikilən mənzillərə köçürülüb, digər hissəsinin də köçürüləcəyi planlaşdırılır.