Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO

Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO

Bakının Yasamal rayonunda üç avtomobil toqquşub.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, hadisə “20 Yanvar” dairəsi kimi tanınan ərazidə qeydə alınıb. 

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü yüksək sürətlə gələrək taksi fəaliyyəti ilə məşğul olan Tamerlan Musayevin hərəkətsiz dayanan “Opel” markalı avtomobilinə çırpılıb. Zərbənin təsirindən “Opel” digər eyni markalı avtomobilə çırpılıb. Qəza zamanı sonuncu qəzaya uğrayan “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb.

Hadisə yerinə Yasamal Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. “Mercedes”in sürücüsü isə Alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb.

Həmçinin oxu: Bakıda motosiklet aşdı, sürücü dirəyə çırpılıb öldü - VİDEO

Qəzaya uğrayan hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.

Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-1 Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-2 Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-3 Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-4

Binəqədi rayonunda isə iki avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Qəza Şövkət Məmmədova küçəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı minik avtomobili dönmə əməliyyatı etmək istəyərkən Mətləb Ağakişiyevin idarə etdiyi "Ford" markalı yük avtomobili ona çırpılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. 

Hadisənin təfərrüatı araşdırılır.

Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-5 Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-6 Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-7 Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO, fotoşəkil-8

BakuCity.az

Bakı yol qəzası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər