Bakıda karxanada kombayn aşdı, fəhlə altında qaldı

Bakıda karxanada kombayn aşdı, fəhlə altında qaldı

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb.

Orada fəhlə işləyən 1950-ci il təvəllüdlü Elsevər Məmmədov kombaynın aşması nəticəsində texnikanın altında qalaraq ölüb.   

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı daş karxanası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər