Bakıda tıxaca səbəb olan iri qaz çəni niyə gecə daşınmayıb? - SOCAR-dan cavab

Bakıda tıxaca səbəb olan iri qaz çəni niyə gecə daşınmayıb? - SOCAR-dan cavab

Bakıda maye qaz çəninin daşınması Babək prospektində nəqliyyatın hərəkətində sıxlığın yaranması narazılığa səbəb olub.

Hər kəsdə sual yaranır: “Nəhəng çən niyə gecə vaxtı aparılmayıb?” “Gecə daşınsaydı, səhər saatlarında prospektə tıxac da yaranmazdı”.

Məsələ ilə bağlı BakuCity.az saytı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəisi İbrahim Əhmədovla əlaqə saxlayıb, problemin səbəbini öyrənməyə çalışıb.

İ.Əhmədov qeyd edib ki, qurğu çox böyük olduğundan asta sürətlə aparılıb:

Həmçinin oxu: Bakıda "məşhur" qaz çəni prospektdə hərəkəti iflic etdi - FOTO

“Çən Neft Emalı Zavoduna aparılmalıdır, zavoda yol isə Babək prospektindən keçir. O ki qaldı ki, niyə gecə yox, gündüz aparılmasına, qeyd etməliyəm ki, qurğu çox böyükdür, ona görə də aşağı sürətlə aparılır, bu da uzun vaxt tələb edir.

Yəni aparılma prosesi gecədən başlayıb, sadəcə çox yavaş daşınır, səhər saatlarında isə onsuz da nəqliyyatın çox olduğu prospektdə sıxlıq müşahidə olunub".

Arzu Murad

BakuCity.az

Bakı qaz çəni tıxac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər