13:34, 25 oktyabr 2019

Bakıda küçədə qucaqlaşma ölümlə bitdi

Bakıda küçədə qucaqlaşma ölümlə bitdi

Bakıda qətl törədilib.

BakuCity.az xəbər verir ki, hadisə Xətai rayonu, Nəsirəddin Tusi küçəsi, 28 ünvanında baş verib.

Paytaxt sakini, 1997-ci il təvəllüdlü, Türkmənistan vətəndaşı Murad Tağıyev saat 23 radələrində yol kənarında oğlanla qızın qucaqlaşmasına etiraz edib. Bu zaman yolla gedən, 1967-ci il təvəllüdlü Hamlet Novruzov M.Tağıyevə etiraz edib və arasında mübahisə yaranıb. M.Tağıyev H.Novruzovu bıçaqlayaraq qətlə yetirib.

Əcnəbi vətəndaş saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qucaqlaşan gənclərin spirtli içki qəbul etdiyi bildirilir.

BakuCity.az

#Bakı #qucaqlaşma #qətl

Şərhlər

Elan
live comments feed...