Bakıda avtobusu əks istiqamətdə sürənlər - VİDEO

Bakıda avtobusu əks istiqamətdə sürənlər - VİDEO

Bakının Nizami rayonu M.Şərifli küçəsində əks istiqamətə çıxan avtobus sürücüləri kameraya düşüb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, oktyabrın 25-də qeyd edilən küçədə əks istiqamətə çıxan 106 nömrəli xətt üzrə fəaliyyət göstərən 99-MA-451 qeydiyyat nişanlı və 191 nömrəli xətt üzrə fəaliyyət gösrərən 90-VB-363 qeydiyyat nişanlı avtobusun sürücüləri qarşıdan gələn nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.

Həmçinin oxu: Bakıda avtobus sürücüsündən kobud qayda pozuntusu - VİDEO

Avtobusun sürücüləri qayda pozmalarına baxmayaraq, yoluna çıxdıqları sürücülərə irad da bildiriblər. İkinci əks istiqamətə çıxan sürücü yolun əks tərəfində sərnişin düşürməklə onların həyatını da təhlükəyə atıb.

BakuCity.az

Bakı avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər