• Ana səhifə
  • Bakıda boyu 160 sm-dən çox olan qadınların nəzərinə
14:14, 25 oktyabr 2019

Bakıda boyu 160 sm-dən çox olan qadınların nəzərinə

Bakıda boyu 160 sm-dən çox olan qadınların nəzərinə

Daxili İşlər Nazirliyi (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

DİN-in Mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycanın ali təhsil müəssisələrini bitirən, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali hüquq təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcək.

Müsabiqə qaliblərinə DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 750 manat aylıq təminat xərcliyi ödəniləcək, habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.

İştirak etmək istəyən şəxslər 2019-cu il oktyabrın 25-dən noyabrın 10-dək mia.gov.az./?/az/content/29915/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə [email protected] ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat üçün əlaqə telefonları:

(012) 590-97-52 şəhər, 17-52 daxili

BakuCity.az

#DİN #müsabiqə

Şərhlər

Elan
live comments feed...