"Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO

"Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO

Oktyabrın 24-də Bakının Heydər Əliyev Sarayında Ukraynanın məşhur “Studiya Kvartal-95" yumoristtik şousunun konserti olub.

Konsert başlamazdan əvvəl BakuCity.az-ın müxbiri şounun əsas aktyorlarından biri olan Yevgeni Koşevoyla söhbət edib. Söhbət sənətçilərin Azərbaycan mətbəxinin ləziz təamlarından olan düşbərə və xəngəli müzakirə etdikləri bir vaxta təsadüf edib.

“Mən ilk dəfədir Bakıya gəlirəm, lakin vaxtımız məhdud olduğundan şəhəri çox gəzə bilmədim. Dostlarım isə şəhər gəzintisinə çıxa bildilər. Onlar hər şeydən çox məmnun idilər. Mənsə, düzünü desəm, başımı yastıqdan qaldırmadım, çünki səhnəyə çıxmazdan öncə dincəlməliydim”, - Y.Koşevoy bildirib.

Aktyorun sözlərinə görə, oktyabrın 23-ü gecə Bakını gəzə bilib və şəhərin axşam mənzərəsi çox xoşuna gəlib:

Y.Koşevoy, həmçinin bir qədər narahat olduğunu etiraf edib, çünki bu, onların Bakı tamaşaçısı qarşısında ilk çıxışları olub:

“Bakı sakinlərinin zarafatlarımızı və nömrələrimizi necə qəbul edəcəyi, necə reaksiya verəcəyini bilmirik. Gələrkən yoldaşlarımla birgə tamaşaçıya hər şeyi düzgün şəkildə çatdırmaq üçün proqramı dörd dəfə təkrar etmişik. Əvvəlcə bizim dildə olan, Ukraynaya aid xüsusiyyətləri səhnəcikdən çıxarmaq istədik. Lakin sonra fikrimizdən daşındıq, çünki bu, bizim əsas özəlliyimizdir”.

"Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-1 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-2 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-3 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-4 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-5

Konsert Ukrayna şousunun məşhur zarafatları və səhnəcikləri ilə tanış olan çox sayda pərəstişkarlarını toplayıb. Ancaq heç kim konsertin əsas proqramının başlanğıcında ekranda müəllif, rejissor, aparıcı aktyor və indi Ukrayna Prezidenti olan Vladimir Zelenskinin görünəcəyini gözləmirdi. "Axşam məhəlləsi"nə xoş gəldiniz" deyərək Bakı publikasını salamlayan V.Zelenski şou pərəstişkarlarının gurultulu alqışlarını qazanıb.

"Bakının səmimi ab-havası və qonaqpərvər insanları var!" - sözləri ilə Y.Koşevoy şou proqramı açıq elan edib. Konsertdə “Zima” Beynəlxalq Uşaq Festivalında vokal müəllimi olan Ukraynanın Əməkdar artisti Rimma Şapovalova da iştirak edib. Y.Koşevoy R.Şapovalovanı ad günü münasibətilə təbrik edib, ona gül buketi təqdim edib. Sonra "Veçerniy kvartal" adlı konsert şousunun əsas hissəsi başlayıb.

Proqramın əksər hissəsi siyasi nömrələrdən ibarət olub. Ailə və məişət mövzusunda da maraqlı nömrələr təqdim olunub. “Kvartal Girls Band”in qızları öz musiqiləri ilə gecəyə rəng qatıblar.

Konsertin sonunda aktyorlar onları səmimi qəbul etdiklərinə və yaratdıqları xüsusi ab-havaya görə tamaşaçılara təşəkkür ediblər. Ukraynalı aktyor, teleaparıcı, “Kvartal-95”in artisti Sergey Kazanin şəhərə baxmaq və bütün komandanı əvvəlcədən hazırlamaq üçün Bakıya hamıdan öncə gəldiyini deyib.

“Kvartal-95” sonda öz mahnılarını ifa edib.

"Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-6 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-7 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-8 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-9 "Kvartal-95"in ulduzu: Bakının səmimi ab-havası və qonaqpərvər insanları var - FOTO, fotoşəkil-10

Züleyxa İsmayılova

FOTO: Nicat Alili

BakuCity.az

Kvartal-95 Ukrayna konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa edib. Macarıstanda yaşayan azərbaycanlı doktorant Əliyar Əzimovun Avropa İttifaqının "Modern Diplomacy" portalında ingilis dilində məqaləsi dərc edilib. BakuCity.az xəbər verir ki, məqalə "Paşinyan sülh missiyasında və beynəlxalq hüquqa riayət olunmasında uğursuzluğa necə düçar oldu?" adlanır. Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gələrkən Dağlıq Qarabağ münaqişəsi ilə əla...
Cəmiyyət
Paytaxtda fəaliyyət göstərən bir sıra obyektlərdə epidemiya əleyhinə rejimin pozulduğu müəyyən edilib İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) keçirdiyi monitorinqlər davam etdirilir. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda “Royal coin zoo mağaza”da, “İpək gözəllik salonu”nda, Yasamal rayonunda “Bolmarket”də, “Sizin Lombard”da, Suraxanı ra...
Siyasət
İham Əliyev Fransanın “Figaro” qəzetinə müsahibə verib. "Mən bunu dəfələrlə açıq şəkildə ifadə etmişəm və indi sizə deyə bilərəm, həmçinin mən vasitəçilər, Minsk qrupunun həmsədrləri vasitəsilə əvvəlki Ermənistan hökumətinə bizim gələcəyi necə görməyimizlə bağlı müəyyən mesajlar vermişəm. Biz Qarabağı insanların ləyaqət və sülh içində, azərbacanlı və erməni icmalarının yanaşı yaşadığı Azərbaycanın çiçəklənən, təhlükəsiz ərazisi kimi, bizim Azərbaycanın büt...
Cəmiyyət
''Bacara bilmirik''. Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının "uzun və çoxillik proses” olduğunu deyib. BakuCity.az xəbər verir ki, ictimaiyyətin və medianın "biz müharibəyə hazır idikmi” sualına cavab verən Ovanisyan iddia edib ki, "nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. O, "son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dö...
Cəmiyyət
QHT-lər bir sıra beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycan QHT-ləri Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə muzdlu döyüşçülərin gətirilməsi haqqında bir sıra beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. BakuCity.az xəbər verir ki, müraciət BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Elizabet Tichy-Fisslbergera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Prezidenti Peter Maurera, Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin Azərbaycan nümayəndəliy...
Cəmiyyət
Azad olunan vacib yüksəkliklər Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun olaraq cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib. BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyat...
Cəmiyyət
Ceyhun Bayramovun “The Washington Times” qəzetində məqaləsi dərc olunub. "Oktyabrın 16-na keçən gecə Azərbaycanın ikinci şəhəri olan Gəncəyə Ermənistan tərəfindən “Skud” raketləri atıldı. Gecə saatlarında və təxliyəyə ilə bağlı əvvəlcədən xəbərdarlıq edilmədən, hücum edilərək evlər və günahsız ailələr hədəf alındı. On dörd mülki şəxs həlak oldu; digər 40 nəfər ağır yaralandı". Bu barədə Xarici işlər naziri Ceyhun Bayramovun “The Washington Times” qəzetində...
Cəmiyyət
Müdafiə Nazirliyinin yeni məlumatı. Ermənistan tərəfinin guya İranın hava məkanına Azərbaycan Ordusuna məxsus kamikadze-dronun daxil olmasından sonra bu ölkənin Azərbaycanın mövqelərini artilleriya atəşinə tutması barədə yaydığı məlumat yalandır və düşmənin növbəti dezinformasiyasıdır. Müdafiə Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, İran-Azərbaycan dövlət sərhədinin tam nəzarətimizə götürülməsindən təşvişə düşən Ermənistan tərəfi bu cür yalan xə...
Cəmiyyət
Operativ qərərgahın yeni qərarı. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib. BakuCity.az-ın verdiyi məlumata görə, müraciətdə deyilir: "Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 m...