Bakı məktəbliləri beynəlxalq yarışlarda uğurla çıxış ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, 183 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zemfira Həsənzadə İspaniyada taekvando idman növü üzrə keçirilən Avropa çempionatında 29 kiloqram çəki dərəcəsində II yerə layiq görülüb. Məktəbli gümüş medal və diplomla təltif olunub.