Bakının "ağıllı" sürücüləri - VİDEO

Bakının "ağıllı" sürücüləri - VİDEO

Bakıda qaydaları kobud şəkildə pozan sürücülər kameraya düşüb.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə yerinə gedən operativ nəqliyyat vasitəsi - yanğınsöndürən maşın sayrışan işıqları və siqnalı qoşaraq yolun əks istiqamətinə çıxır.

Bu zaman qarşıdan gələn sürücülər sağa çəkərək ona yol verir. Amma bu fürsətdən istifadə edən 10 UF 029, 10 PU 862 və 99 RA 843 dövlət nömrə nişanlı avtomobillərin sürücüləri də əks istiqamətə çıxaraq təhlükə yaradırlar.

Həmçinin oxu: Bakıda avtobusu əks istiqamətdə sürənlər - VİDEO

99 RA 843 dövlət nömrə nişanlı avtomobilin sürücüsü daha da irəli gedərək qarşıdan gələn nəqliyyat vasitələrinə qəza şəraiti yaradır.

BakuCity.az

Bakı avtomobil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər