Bakıda qadın kişini bıçaqladı

Bakıda qadın kişini bıçaqladı

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə Şövqi Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, ər həyat yoldaşı, 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızına bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxs daha sonra özünə də xəsarət yetirib.

Xətai rayonu, Əhmədli qəsəbəsində də bıçaqlanma hadisəsi baş verib.

N.Tusi küçəsində 1993-cü il təvəllüdlü Binnətov Kənan Cavanşir oğlu orta yaşlı qadın tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları hadisəni törədən qadını saxlayıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər