Şimali Koreya rəsmisi Bakıda ABŞ-ı sərt tənqid etdi

“Koreya yarımadasındakı münaqişənin dinc yolla aradan qaldırılmasını, barıt qoxusunun olmamasını istəyərdik”.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, bunu bu gün Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün debat müzakirələrində Şimali Koreya Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Çoe Ryonq Haen bildirib.

Koreya parlamentinin sədri deyib ki, 12 iyun tarixində ABŞ və Şimali Koreya arasında keçirilən görüşdən sonra danışıqlar dayanıb:

“Təəssüf ki, iki ölkə arasında gərginlik artır. Bu, ABŞ-ın anarxist, köhnəlmiş siyasət aparması ilə bağlıdır. Şimali Koreya lideri Kim Çen In bəyan edib ki, ABŞ yeni yanaşmadan çıxış etməlidir. ABŞ-a təklif etdik ki, yarımadada nüvə silahsızlaşdırılması davam etsin. Ancaq onun düşmən mövqedən əl çəkdiyini müşahidə edə bilmirik. Ötən il Şimali Koreyanın çoxsaylı təşəbbüsü cavabsız qalıb. Həm Şimalda, həm Cənubda, həm də bütövlükdə dünyada olan tərəfdaşlarımız bundan məyus oldu. Ölkəmizin əhalisinə qarşı yönəlmiş addımların səngiməsini görə bilmirik”.

Ç.R.Haen qeyd edib ki, Koreya yarımadasında sülhün bərpa olunması məhz Cənubi Koreya rəhbərliyindən asılıdır:

“Biz yarımadada müharibə istəmirik. Qoşulmama Hərəkatının da bu məqsədlərə xidmət etməsini istəyirik. Qoşulmama Hərəkatının üzvləri təcavüzü pisləməlidirlər. İmperialist dairələrin hücumları bizi suverenlik yolundan döndərə, təsir altına sala bilməyəcək. Biz yarımadada vəziyyətin daimi sabit olmasını arzulayırıq”.

O nəzərə çatdırıb ki, bu gün dünyada birtərəfli hərəkətlər beynəlxalq sistemi sual altında qoyur:

“Suverenlik, ölkələrin daxili işlərinə qarışmamaq, ərazi bütövlüyü prinsipi alt-üst olub. Nə üçün böyük dövlətlər bu prinsiplərə hörmətlə yanaşmır? Axı bu prinsiplər BMT-nin Nizamnaməsində də əks olunub. Nə üçün BMT Nizamnaməsi üzv dövlətlər üçün vacib sayılmalıdır? Əks halda kiçik dövlətlərin taleyi zərbə altına düşür”.

BakuCity.az

Bakı Şimali Koreya ABŞ
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
Hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 2-dən 3-ü səhərədək  hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Aprelin 2-si günün ikinci yarısından 3-ü səhərədək şimal-qərb  küləyinin sürəti 15-20 m /s olacaq, arabir 23 m/s...
Cəmiyyət
Bu gün axşamdan metro bağlanacaq Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması üzrə tibbi-profilaktik tədbirlər davam etdirilir. Buna baxmayaraq ölkə ərazisində infeksiyanın sürətlə yayılması müşahidə olunmaqdadır.  Nazirlər Kabineti yanında Operativ Qərargahdan  BakuCity.az-a daxil olan məlumata görə, ictimai nəqliyyatda müvafiq dezinfeksiya və digər qabaqlayıcı tədbirlər görülsə də, təbii...
Cəmiyyət
Sosial şəbəkədə dezinfeksiya işləri aparan şəxslərdən birinin əks olunduğu video yayılıb BakuCity.az xəbər verir ki, videonun paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində çəkildiyi iddia olunur.  Görüntülərdə şəxsin dezinfeksiya məhlulu üçün nəzərdə tutulan xüsusi qaba su doldurduğu görünür. Çəkiliş yarıda kəsildiyi üçün sonra nə baş verdiyi məlum deyil. Vətəndaş isə iddia edir ki, küçələrə dərman əvəzinə su səpirlər. Koronavirusun yayılmasına qarşı mübarizə a...
Cəmiyyət
Azərbaycanda 24 yeni koronavirusa yoluxma faktı aşkarlanıb, 1 nəfər ölüb Azərbaycan Respublikasında 24 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınmış və həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmişdir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı açıqlamada bildirilib. Məlumatda deyilir: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1957-ci...
Ekologiya
1 apreldə gözlənilən hava şəraiti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinən BakuCity.az-s verilən məlumata görə aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.  Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündü...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) əhaliyə müraciət edib Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. Bununla əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 2020-ci il mart ayının 31-dən etibarən bir sıra əlavə qadağalar tətbiq edilib. Daxili İşlər Nazirliyinin şəxsi heyəti respublikanın bütün şəhər və rayonlarında karantin rejiminin...
Cəmiyyət
Bakıda lifti ayağı ilə çağıran şəxs BP rəsmisidir? Sosial şəbəkədə koronavirusa yoluxmaqdan ehtiyat edərək, qeyri-adi davranışlara yol verən şəxsin görüntüləri paylaşılıb. Bəzi kütləvi informasiya vasitələrində həmin şəxsin BP-nin vitse-prezidenti Zaur Paşayev olduğu iddia olunur. Görüntülərdə şəxsin əllərini dezinfeksiya etməsi və ayağı ilə liftin düyməsinə basmağa çalışdığı əks olunub. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı “BP Azərbaycan” şirkətin...
Cəmiyyət
“Reanimasiya şöbələrində süni tənəffüs aparatları çatışmır” Azərbaycanın baş infeksionisti Cəlal İsayev koronavirus təhlükəsinin ciddiliyinin nəzərə alınması və karantin tədbirlərinə əməl edilməsi üçün ölkə vətəndaşlarına müraciət edib. BakuCity.az-ın məlumatına görə, C.İsayev Trend-ə açıqlamasında bildirib ki, bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə koronavirusa yoluxma halları sürətlə artmaqdadır. Bu virus ABŞ, İtaliya, İspaniya, Böyük Britaniy...
Cəmiyyət
Bu gündən küçəyə çıxmaq qadağan olunub Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə ölkə ərazisində sosial izolyasiya tədbirləri, məhdudiyyətlər gücləndirilməkdədir. Xüsusi karantin rejimi çərçivəsində o cümlədən paytaxtda da bir sıra məhdudiyyətlər həyata keçirilir. BakuCity.az-ın məlumatına görə, “Report”un əməkdaşları paytaxt sakinlərinin xüsusi karantin rejiminə necə riayət etmələri ilə tanış olmaq üçün gecə saat 00:00-...