Bakıda daha bir dəmiryol stansiyası yeniləndi - VİDEO

Bakıda daha bir dəmiryol stansiyası yeniləndi - VİDEO

Paytaxtın Sabunçu rayonunda yerləşən, ötən ilin sentyabr ayından əsaslı təmirə bağlanan Zabrat-2 dəmiryol stansiyası yenilənib.

BakuCity.az Real TV-yə istinadən məlumat verir ki, yenilənmiş stansiyada 165 metr uzunluğunda olan iki yeni platforma inşa edilib. Platformanın üzərində köhnə stansiya binası sökülərək müasir standartlara cavab verən yeni stansiya binası tikilib. Zabrat-2 dəmiryol stansiyası üzərindən keçən piyada keçidindən vətəndaşlar platformalara enə bilər, eyni zamanda, stansiya ətrafında yaşayan sakinlər yeni quraşdırılan piyada keçidindən qarşı tərəfə keçə bilərlər.

Burada dəmiryoldan istifadə edən sürücülərin və velosipedçilərin də rahatlığı nəzərə alınıb.

Zabrat-2 stansiyasının bu ilin sonunadək açılması gözlənilir.

BakuCity.az

Bakı Zabrat dəmiryol stansiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər