Bakıda quyudan meyiti tapılan şəxsi tanışları öldürüb - TƏFƏRRÜAT

Bakıda quyudan meyiti tapılan şəxsi tanışları öldürüb - TƏFƏRRÜAT

Bakıda qətl hadisəsinin təfərrüatı məlum olub.

BakuCity.az “Report”a istinadən məlumat verir ki, bir neçə gün əvvəl Binəqədi rayon sakini, 32 yaşlı Elvin Həbibzadə idarə etdiyi “BMW” markalı avtomobili ilə birgə yaşadığı evdən çıxaraq itkin düşüb.

Araşdırmalar zamanı onun tanışları - 1991-ci il təvəllüdlü Səbuhi Ələkbərov və 1992-ci il təvəllüdlü Rəşid Fətullayev tərəfindən Qaradağ rayonu Sahil qəsəbəsində qətlə yetirildiyi müəyyən edilib.

Daha sonra hər iki şəxs E.Həbibzadənin meyitini mərhumun avtomobili ilə S.Ələkbərovun Türkan qəsəbəsi ərazisində babasına məxsus bağ evinə apararaq həyətdəki su quyusuna atıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış zamanı S.Ələkbərov və R.Fətullyaev saxlanılıb.

E.Həbibzadənin meyiti isə quyudan çıxarılıb.

Rayon prokurorluğunda araşdırma aparılır.

BakuCity.az

Bakı qətl quyu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər