"BakıKart" ödəmə kartları ilə bağlı YENİLİK

"BakıKart" ödəmə kartları ilə bağlı YENİLİK

Bakıda avtobus dayanacaqlarında "BakıKart" ödəmə terminallarının sayı artırılacaq.

BakuCity.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev Trend-ə deyib.

Onun sözlərinə görə, hazırda şəhər ərazisində kifayət qədər "BakıKart" ödəmə terminalı var:

Həmçinin oxu: Bakıya gətirilən yeni avtobuslar nə vaxt xəttə buraxılacaq?

"Əlavə olaraq həm metro stansiyalarında, həm də avtobus dayanacaqlarında bu cür terminallar quraşdırılacaq".

M.Ağayev qeyd edib ki, vətəndaşların kartın balansını rahat şəkildə artırması üçün İKT imkanlarından daha geniş istifadə ediləcək və onlayn sistem işə salınacaq:

"Hazırda bununla bağlı zəruri texniki prosedurlar icra olunur. Düşünürəm ki, gələn ilin birinci yarsında artıq bu da mümkün olacaq".

BakuCity.az

Bakı kart ödəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər