Bakıda sərxoş taksi sürücüsü polislə "yarış"a çıxdı - FOTO

Bakıda sərxoş taksi sürücüsü polislə "yarış"a çıxdı - FOTO

Bakıda sərxoş halda avtomobil idarə edən taksi sürücüsü saxlanılıb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, polis əməkdaşları "London Taxi" markalı avtomobilin sürücüsünə "Saxla" əmri versələr də, sürücü buna məhəl qoymayıb. O, polisdən yayınmağa çalışıb.

Sonradan Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə sürücü - 1992-ci il təvəllüdlü Mustafayev Rafik Dənizxan oğlu saxlanılıb və Nəsimi RPİ-nin 22-ci Polis bölməsinə aparılıb. Alkoqollu içki qəbul etdiyinə dair şübhələr olduğundan R.Mustafayev Alkoqol Sərxoşluğunun Müayinəsi Məntəqəsinə gətirilib. Burada onun sərxoş olduğu üzə çıxıb.

Həmçinin oxu: Bakıda maşını polisin üstünə sürən "avtoş" tutuldu - FOTO + VİDEO

Fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri əsasında akt tərtib edilib. R.Mustafayevin idarə etdiyi avtomobil isə cərimə dayanacağına yerləşdirilib.

Bakıda sərxoş taksi sürücüsü polislə "yarış"a çıxdı - FOTO, fotoşəkil-1 Bakıda sərxoş taksi sürücüsü polislə "yarış"a çıxdı - FOTO, fotoşəkil-2 Bakıda sərxoş taksi sürücüsü polislə "yarış"a çıxdı - FOTO, fotoşəkil-3

BakuCity.az

Bakı taksi sərxoş sürücü
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər