Bakıda mənzil almaq istəyənlərə təkliflər - QİYMƏT + SİYAHI

Bakıda mənzil sahibi olmaq bir çox insanın arzusudur.

Mütəxəssislər hesab edir ki, paytaxtda yerləşən köhnə binalarda mənzil sahibi olmaq nə qədər ucuz başa gəlsə də, sonradan həmin ərazilərin plana düşmə ehtimalı insanlar arasında ilkin mənzil bazarına marağı artırır. 

BakuCity.az paytaxt sakinlərinin marağını nəzərə alaraq, şəhərdə fəaliyyət göstərən beş tikinti şirkəti ilə əlaqə saxlayıb.

“Kristal Abşeron”

Burada mənzillərin kvadratmetri çöldən-çölə hesablanır. Kreditlə almaq üçün ilkin ödəniş 20% təşkil edir. Maksimum kredit müddəti 20 ilə qədər, illik faiz dərəcəsi isə 10%-dir.

İlkin ödəniş və aylıq ödənişin həcmi layihədən və otaq sayından aslı olaraq dəyişir.

“Abşeron İnşaat”

Şirkətin hazırda iki layihəsində - “Nakhchivani residence” (“Gənclik” m/s) və “Qələbə Recens” (“İnşaatçılar” m/s) yaşayış binalarında satış var. Sakinlər qaz təchizatı və çıxarış ilə təmin olunurlar. Mənzillərin kv.m-i içdən-içə hesablanır.

“Caspian Service”

Şirkətin layihələri arasında ən münasib qiymət İ.Əbilov küçəsində (“Nizami” m/s) inşa olunan binadakı mənzillərə qoyulub. “Caspian Service”dən verilən məlumata görə, digər binalarda mənzillərin qiyməti nisbətən bahadır. Bütün layihələr üzrə mənzillərin kvadratı içdən-içə hesablanır.

Həmçinin oxu: Bakıda ən ucuz mənzillər: 19 min manata, kreditlə də satılır - FOTO

“Melissa Group”

“Melissa Group” 17-20 mərtəbəli binalar inşa edir. Mənzillərin qiyməti layihədən, binanın hazırlıq vəziyyətindən, mərtəbədən asılı olaraq dəyişir. Şirkət sakinləri mənzillərə köçməmişdən əvvəl çıxarış və texniki pasportla təmin edir. Hazırda “Melissa Park”, “Melissa Residence“ və “Melissa Azadlıq” layihələrinin icrası davam etməkdədir.

“Sipark İnşaat”

“Sipark İnşaat” tərəfindən Təbriz küçəsində inşa olunan bina 2020-ci ilin sonu təhvil veriləcək. Mənzillərin kvadratı nə içdən-içə, nə də çöldən – 50/50-yə hesablanır. Qiymət standartdır, ümumi endirim isə müştəri ilə danışığa bağlıdır.

Qiymət cədvəli:

Şirkət

Ünvan                                                                      Qiymət

Kristal Abşeron

Yasamal rayonu ərazisində tikintisi davam edən 3 bina

1285; 1620; 1220 AZN

“Nefçilər” m/s-in yaxınlığında (tikintisi davam edir)

1445 AZN

“Qara Qarayev” m/s-in yaxınlığında (tikintisi davam edir)

1450 AZN

“Azadlıq” m/s-in yaxınlığında (tikintisi davam edən və hazır)

1720; 1750 AZN (kreditlə)

Həsən Əliyev küçəsi – hazır binada (2 otaq – 141,9 kv.m)

1840 AZN

Abşeron İnşaat

Nakhchivani residence(hazır və təmirsiz)

1150; 1350 AZN

“Qələbə Recens” (hazır və təmirli)

1300; 1500 AZN

Caspian Service

“Nizami” m/s-in yaxınlığında

1000$

“İçərişəhər” m/s-in yaxınlığında

1500$

Nizami küçəsi (“Torqovaya” kimi tanına hissə)

1800$-dan başlayır

Melissa Group

1530 AZN-dən başlayır

Sipark İnşaat

1200 AZN

Qeyd olunan qiymətlər kredit şərtlərinə əsasən hesablanır.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı mənzil
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Ekologiya
15 dərəcə isti olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, aprelin 3-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Hav...
Cəmiyyət
“Aztəminatlı ailələrə yardım olunmalıdır” Yaxın günlərdə sosial yardımlarla bağlı qərar veriləcək. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. O bildirib ki, qərarda məqsəd vətəndaşlara dəyən ziyanın yüngülləşdirilməsidir: “İtkilər minimallaşdırılmalı, aztəminatlı ailələrə yardım olunmalıdır. Hələ ki, hansısa dəqiq rəqəm demək mümkün deyil". BakuCity.az
Cəmiyyət
Əhaliyə ödəmələr bu həftə başlaya bilər "Prezident İqtisadiyyat naziri Mikayıl Cabbarovu tələsdirdi ki, bu həftədən ziyanlarla bağlı ödəmələr başlasın. Krediti olan müştərilərin vəziyyətini yaxşılaşdırarkən banka əmanət qoyanların və bankların vəziyyətini pisləşdirməməliyik". BakuCity.az "Report"a istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı zamanı deyib. O bildirib ki, bankların iş zəncir...
Cəmiyyət
8 nəfərin vəziyyəti ağırdır Azərbaycanda daha 41 nəfərdə koronavirus aşkarlanıb. BakuCity.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə deyib. Onun sözlərinə görə, həmin xəstələrdən 8-nin vəziyyəti ağır, 11-nin orta ağır, yerdə qalanların vəziyyəti isə sabitdir. Xəstələrdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər isə vəfat edib. BakuCity.az
Cəmiyyət
“Karantin qaydalarını pozmaq inzibati məsuliyyət deməkdir” Polisin maska və əlcəksiz küçəyə çıxanları cərimələməsi bəzi insanların narazılığına səbəb olub. Onlar qanunda belə bir cərimənin olmadığını bildiriblər. BakuCity.az “BakuPost”a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-də bu məsələyə aydınlıq gətirib. Ə.Baqişev bildirib ki, karantin qaydalarını pozmaq inzibati məsu...
Hadisələr
Artıq sığınacaqdadır Bakıda itin gözlərini çıxardıblar. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, gözləri çıxarılan köpəyi küçədən heyvansevərlərdən biri götürüb. Artıq sığınacağa yerləşdirilən itin kim tərəfindən bu hala salındığı, neçə gündür bu vəziyyətdə olduğu məlum deyil. Xatırladaq ki, bir müddət əvvəl də bir itin gözləri çıxarılmış, cinsiyyət orqanı kəsilmişdi. Hadisə cəmiyyətdə ciddi müzakirələrə səbəb olmuşdu. BakuCity.az
Cəmiyyət
Aptekə, marketə gedən hər bir vətəndaş evdən çıxması barədə məlumat verməlidir "Vətəndaş hər dəfə polis naryadını görəndə deyə bilər ki, o, məişət tullantısını atmağa çıxıb. Buna görə də vətəndaşların evdən çıxmağı ilə bağlı qadağaya ciddi riayət olunması üçün bu kimi məsələlər öz həllini tapıb". BakuCity.az-ın məlumatına görə, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İctimai TV-yə müsahibəsində de...
Hadisələr
İlkin səbəbi açıqlanıb Bu gün gecə saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi S.Qocayev küçəsində tikinti materialları bazarında yanğın baş verib. BakuCity.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Ümumi sahəsi 5000 kv.m olan tikinti materialları bazarında bir-birinə bitişik müxtəlif təyinatlı ticarə...
Cəmiyyət
Bunlar ƏDV-dən azad olunacaq Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar bəzi vergi ödəyiciləri müvafiq müddətə ƏDV-dən azad edilir. BakuCity.az-ın məlumatına görə, bu barədə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən, sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlarda bildirilib. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi də planlaşdırılır. Bəzi məhsulların idxalının və satı...