Ötən gün axşam saatlarında Bakının mərkəzində "Mercedes-Maybach" markalı avtomobil ağır qəza törədib.
BakuCity.az BAKU.WS-ə istinadən məlumat verir ki, avtomobil əvvəlcə qarşısındakı “Opel”ə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb.
Həmçinin oxu: Bakıda gecənin yol qəzaları - FOTO + VİDEO
Qəza nəticəsində iki nəfər - "Mercedes"in arxadan vurduğu "Opel" markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.