Xalq artistləri Heydər Əliyev Sarayında ilk dəfə konsert verəcək: "Həyəcanlıyıq"

Xalq artistləri Heydər Əliyev Sarayında ilk dəfə konsert verəcək: "Həyəcanlıyıq"

Azərbaycanın Xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının “İki qəlbin nəğməsi” adlı solo konserti 30 oktyabr saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

BakuCity.az-a açıqlama verən Gülyanaq Məmmədova konsert öncəsi həyəcanlı olduğunu deyib:

“Sarayda ilk konsertimizdir və təbii ki, kimliyindən asılı olmayaraq, əgər məsuliyyətlisənsə, deməli, həyəcanın mütləq olacaq. Bu səbəbdən biz də bir az həyəcanlıyıq. Konsertlə bağlı elan yayımlandıqdan sonra gərgin məşqlərə başlamışıq, hazırlıqlar hələ də davam edir.

Repertuara gəlincə, tamaşaçılara zəngin proqram vəd edə bilərik, amma tam olaraq nələrin olacağı sürpriz olaraq qalsın. Konsertə gələnlər görəcəklər. Gülyaz xanımın da, mənim də çox qonağımız olmayacaq. Çalışacağıq ki, muğamsevərləri yormadan onlara xoş təəssüratlar yaradan bir gün bəxş edək. Konsert saat yarım olmalıdır, lakin iki ifaçıyıq, üstəlik, muğam üçün bu vaxt çox azdır deyə, konsert iki, iki saat yarım çəkəcək”.

Qeyd edək ki, konsertin biletlərinin qiyməti 20-80 manat təşkil edir. Biletləri Heydər Əliyev Sarayının kassası, şəhərin kassaları, “ASAN xidmət” mərkəzlərindən, “Gənclik” və “28 Mall” ticarət mərkəzlərindəki kassalardan, eləcə də www.iticket.az saytından onlayn əldə edə bilərsiniz.

Xalq artistləri Heydər Əliyev Sarayında ilk dəfə konsert verəcək: "Həyəcanlıyıq", fotoşəkil-1

Ramilə Qardaşxanqızı

BakuCity.az

Heydər Əliyev Sarayı konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər