Bakıda gül toxumu yeyən 3 yeniyetmə zəhərləndi

Bakıda gül toxumu yeyən 3 yeniyetmə zəhərləndi

Bakıda üç yeniyetmə zəhərlənib.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

Rayon sakinləri, 2002-ci il təvəllüdlü Murad Nuruliyev, 2003-cü il təvəllüdlü Baloğlan Aslanov və 2004-cü il təvəllüdlü Elməddin Aslanovun zəhərlənməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalar zamanı yeniyetmələrin naməlum şəraitdə gül toxumu yeyərək zəhərləndiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BakuCity.az

Bakı gül zəhərlənmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər