Abutalıbovun Bakıda bina tikintisi ilə bağlı sərəncamı ləğv edildi

Abutalıbovun Bakıda bina tikintisi ilə bağlı sərəncamı ləğv edildi

Məktəbin yaxınlığında yüksək mərtəbəli yaşayış binası tikilir

Bir neçə gün əvvəl Nəsimi rayonu, Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayılmışdı.

BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. 

Qurumun mətbuat katibi İsrafil Kərimovun sözlərinə görə, məsələ ilə əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət komissiya yaradılıb və komissiya üzvləri həmin məktəbdə olaraq ətraflı araşdırma aparıb:

“Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə ayrılıb. Araşdırma zamanı məlum olnub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Bu faktı və tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş sərəncam ləğv edilib”.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq, sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı məktəb bina tikintisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər