Bakıda avtomobil qəzaya düşüb yandı, polislər köməyə çatdı - VİDEO

Bakıda avtomobil qəzaya düşüb yandı, polislər köməyə çatdı - VİDEO

Polislər avtobuslardakı yanğınsöndürmə balonlarını götürdülər

Bu gün saat 07:30 radələrində Bakı şəhər Səbail rayonu, Mehdi Hüseyn küçəsində yol qəzası baş verib.

BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, minik avtomobili qəzaya uğrayandan sonra alovlanmağa başlayıb.

Həmçinin oxu: "Mercedes-Maybach" Bakının mərkəzində yaşayış evinə girdi - FOTO + VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, hadisə yerinə ilk çatan yol polisi əməkdaşları ərazidən keçən 18 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslardakı yanğınsöndürmə balonları ilə yanğının miqyasının artmasının qarşısını qısa vaxtda alıblar:

"Bu görüntüdən bir daha təsdiq olundu ki, avtomobillərdə yanğınsöndürən balonların olması zəruridir".

BakuCity.az

Bakı yol qəzası yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər