Bakıda məşhur mağazadan satıcı oğurluq etdi

Bakıda məşhur mağazadan satıcı oğurluq etdi

Satıcı işlədiyi mağazanı yarıb

Bakıda "World Telecom" şəbəkəsinə aid mağazaların birindən 2900 manatlıq telefon oğurlanıb.

BakuCity.az "Report"a istinadən məlumat verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Araşdırmalar nəticəsində oğurluğun həmin mağazada satıcı işləyən 28 yaşlı O.Qasımov tərəfindən törədildiyi məlum olub.

O.Qasımov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

BakuCity.az

Bakı mağaza oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər