Bakıda havaya tüstü buraxan restoranlara növbəti XƏBƏRDARLIQ

Bakıda havaya tüstü buraxan restoranlara növbəti XƏBƏRDARLIQ

Nazirlik restoranlara xəbərdarlıq etdi

Bəzi restoranlardan havaya tüstünün, qoxunun yayılması ilə bağlı nazirliyə yenə də şikayətlər daxil olduğundan ictimai-iaşə obyektlərində təkrar monitorinqlər aparılıb.

BakuCity.az-ın məlumatına görə, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

İ.İbrahimova deyib ki, əksər obyektlərdə təmizləyici qurğular quraşdırılsa da, onlara vaxtında texniki xidmət göstərilmədiyi və filtrlər vaxtaşırı təmizlənmədiyi üçün havaya yenidən tüstü və qoxu yayılır. Bu da sakinlərin haqlı narazılığına səbəb olur:

“Filtrlərin təmizlənməsi nə çətin işdir ki, bunu vaxtında etmirlər? Artıq Məhərrəm ayının son günləridir, toyların başlamasını nəzərə alaraq, ictimai-iaşə obyektlərinin sahiblərinə müraciət edirik ki, filtrləri vaxtında dəyişsinlər və havaya atılmaların qarşısını alsınlar. Əks halda onlar barəsində inzibati qaydada tədbirlər görüləcək".

BakuCity.az

Bakı restoranlar ekologiya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər