• Ana səhifə
  • Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək
17:36, 28 oktyabr 2019

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

Bakıda MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək

İclasda yeddi ölkənin generalı iştirak edəcək

Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.

Bu barədə BakuCity.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu, Belarusun Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstanın Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistanın Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistanın Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

BakuCity.az

#Bakı #MDB #iclas

Şərhlər

Elan
live comments feed...