Bakıdan uçuşların cədvəli dəyişdirilib

Bakıdan uçuşların cədvəli dəyişdirilib

Yeni cədvəl martın sonunadək qüvvədə olacaq

Oktyabrın 27-dən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) qış uçuş cədvəli qüvvəyə minib.

AZAL-dan BakuCity.az-a verilən məlumata görə, qış uçuş cədvəli çərçivəsində Bakıdan Almatı, Ankara, Antalya, Pekin, Berlin, Dubay, Gəncə, İstanbul, Ciddə, Küveyt, London, Milan, Moskva, Naxçıvan, Nyu York, Paris, Sankt Peterburq və Təl-Əviv istiqamətləri üzrə birbaşa reyslər həyata keçiriləcək.

Həmçinin 20-dən çox istiqamət üzrə uçuşlar "code-share" tərəfdaş aviaşirkətlərlə birlikdə yerinə yetiriləcək.

Qış uçuş cədvəli 28 mart tarixinədək qüvvədə olacaq.

Azərbaycanın loukoster aviaşirkəti olan "Buta Airways" də qış uçuş cədvəlinə keçib.

Qış uçuş cədvəli oktyabrın son bazar günündən martın son bazar gününədək, yay uçuş cədvəli isə martın son bazar günündən oktyabrın son bazar gününə qədər davam edir.

BakuCity.az

Bakı aviareyslər uçuş cəd
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər