Bakıda solo konsertə hazırlaşan Xalq artistini qəzəbləndirən xəbər – AÇIQLAMA

Gülyanaq Məmmədovanın Leyli obrazına görə pul ödədiyi deyilir, amma...

Əməkdar artist Nigar Şabanova ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında yaşanan qalmaqal "Hər şey daxil" verilişində üzə çıxıb.

BakuCity.az xəbər verir ki, N.Şabanova teatrın "Leyli və Məcnun" tamaşasında Leyli obrazını oynamaq üçün ondan 4 min manat rüşvət istənildiyini deyib. Əməkdar artist iddia edib ki, Xalq artisti Gülyanaq Məmmədova da Leyli obrazını oynamaq üçün pul ödəyib.

Məsələ ilə bağlı G.Məmmədova ilə əlaqə saxladıq. Xalq artisti yayılan xəbəri təkzib edərək Leyli obrazına görə qonorar aldığını deyib:

“Opera və Balet Teatrının qapıları mənim üçün dünən açılmayıb. Düz 25 ildir Opera Teatrında oynamaq üçün dəvətlər alıram.

Həmçinin oxu: Xalq artistləri Heydər Əliyev Sarayında ilk dəfə konsert verəcək: "Həyəcanlıyıq"

Gülyaz xanım da (Xalq artisti Gülyaz Məmmədova – red.) 1993-cü ildən bu günə kimi bütün milli tamaşalarımızda baş rollarda oynayır. Akif müəllim (Teatrın direktoru Akif Məlikov – red.) hər dəfə məni görəndə deyirdi ki, Leyli sizin kimi sənətkarlar üçündür. “Bacın da oynadığı obrazlarla hər kəsi heyran edir, sən niyə gəlib oynamırsan?” Bu sualın qabağında həmişə utanırdım ki, direktor özü təklif edir. Dəfələrlə təklif aldıqdan sonra, 2014-cü ildə ilk dəfə qərar verib Leylini iki dəfə ardıcıl oynadım və öz möhürümü vurub çıxdım. Bunun üçün bir insana bir qəpik də olsun pul verməmişəm, əksinə, mənim özümə qonorar verilib.

Bildiyiniz kimi, oktyabrın 30-u Heydər Əliyev Sarayında Gülyaz xanımla birlikdə solo konsertimiz olacaq. Konsert qabağı belə məlumatların yayılması isə düzgün deyil!”

Xalq artisti N.Şabanovanın bu xəbəri təkzib etdiyini deyir:

“Nigarın dediyinə görə, o, belə bir söz işlətməyib. Özünə də demişəm, əgər doğrudan da deməyibsə, xəbərin yalan olması ilə bağlı özü mediaya açıqlama verməlidir. Nigarın özünə də, sənətinə də hörmətim var. Səsi də, görünüşü də Leylini oynamasına imkan verir, amma niyə belə danışıb, anlaya bilmirəm. Bildiyim odur ki, heç bir halda məni bu söhbətə qatmamalıdırlar. Mənim bu məsələyə heç bir yaxınlığım yoxdur”.

G.Məmmədova bu xəbərləri yayan media qurumlarına da müraciət edib:

“Xalq artistinin adına yaraşmayan məlumatların dəqiqləşdirilmədən, üstəlik, biabırçı başlıqlarla yayılması təkcə ayıb deyil, üstəlik, həmin medianın nə qədər zəif olduğunu göstərir”.

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı qalmaqal opera
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Nuru Paşa qərargah kimi Kərbəlayi Qasımın evini seçib Müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və tarixə düşməsində, Bakının Azərbaycanın paytaxtına çevrilməsində Nuru Paşa və Qafqaz İslam Ordusunun əvəzsiz xidmətləri olub. BakuCity.az Azvision.az-a istinadən xəbər verir ki, 1918-ci ilin yay aylarında Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakıya daxil olanda ordu Qobu kəndində qərargah qurub...
Ekologiya
Gündüz şimal küləyi əsəcək Fevralın 23-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a bildirilib ki, sabah paytaxtda dəyişkən buludlu hava şəraiti hökm sürəcək, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Cənub küləyi gündüz şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti ola...
Hadisələr
Ofisiantın başını qatmaq üçün çay istəyiblər Bakıda restoranda yeyib-içən 3 gənc hesabı ödəməyərək qaçıb. BakuCity.az-ın məlumatına görə, “Pink House” restoranının administratoru Seyran Əsgərov “Qafqazinfo”ya bildirib ki, fevralın 19-u gecə saat 01 radələrində iki nəfər restorana gələrək salona baxış keçirib. Sonra qapının girişinə yaxın olan kabinetdə oturmağa qərar veriblər: “Yəqin elə tez qaçsınlar deyə, oranı seçiblər. Əvvəl iki nəfər idi, sonra bir nə...
Hakimiyyət
Səsvermə günü cəmi 350 səs toplayıb Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Neftçala Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat çərçivəsində otağına baxış keçirilən icra başçısının müavini Gültəkin Sadıqova YAP-ın deputatlığa namizədi olub. BakuCity.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, o, 9 fevral 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərində 61 saylı Neftçala seçki dairəsindən mübarizəyə qoşulub. Həmçinin oxu: Tutulan icra...
Hadisələr
Araşdırma aparılır Bakıda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb. BakuCity.az "Report"a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Ç.Kərimov küçəsindəki evlərin birində yaşayan 3 yaşlı Nigar Məmmədzadə nəfəs borusunda dərman həbi qalması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır. BakuCity.az
Hakimiyyət
Dubayda və Türkiyədə də biznes qurub Ötən gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin və onun müavinlərinin, rayon təhsil şöbəsi müdirinin və yerli xəstəxananın baş həkiminin həbsinə dair əməliyyat görüntülərini yayıb. BakuCity.az Yeniavaz.az-a istinadən məlumat verir ki, icra başçısı büdcə vəsaitlərini talamaq, rüşvət almaq və sosial iş yerləri layihəsinə cəlb edilən vətəndaşların kartlarını cibinə...
Hadisələr
21 yaşı vardı Bakıda tələbə bədbəxt hadisə nəticəsində ölüb.    BakuCity.az APA-ya istinadən məlumat verir ki, hadisə paytaxtın Nizami rayonunda qeydə alınıb. Masallı rayon sakini, 1999-cu il təvəllüdlü Məmmədova Günel Camal qızı kirayə yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, G.Məmmədova tələbə olub. BakuCity.az
Cəmiyyət
Xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb Tovuzun bir neçə kəndində “parotit”, yəni el dilində “qulaqdibi” xəstəliyi yayılıb. BakuCity.az Baku.ws-ə istinadən məlumat verir ki, dörd aydır davam edən xəstəlik virus tipli olduğundan daha çox yayılma xüsusiyyətinə malikdir. Elə bu səbəbdən də xəstəliyin kökünü indiyə qədər kəsmək mümkün olmayıb. Məktəblərdə xəstəliyə tutulan şagirdlər ən azı 20-25 gün dərsə davamiyyətini dayandırıb. Xəstəlik ilk dəf...
Cəmiyyət
Araşdırma aparılır Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən BakuCity.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsinə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Hüseynov Alim Tomar oğluna qohumu Bakı...