Elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olundu

Elektrik qatarlarının Sabunçu stansiyasınadək hərəkəti bərpa olundu

Avqustun 26-dan hərəkət dayandırılmışdı

Oktyabrın 29-dan etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarlarının Sabunçu stansiyasına kimi hərəkəti bərpa olunub.

Bu barədə BakuCity.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib.

Bakı-Sabunçu-Bakı elektrik qatarlarının qüvvədə olan hərəkət qrafiki saxlanılır.

Həmçinin oxu: Bakıda daha bir dəmiryol stansiyası yeniləndi - VİDEO

Qeyd edək ki, avqustun 26-dan Sabunçu dəmir yolu stansiyasının ərazisindəki avtomobil keçidində tunelin inşası ilə əlaqədar olaraq, Bakı-Sabunçu-Bakı elektrik qatarları Bakıxanov dayanacağına qədər hərəkət edirdi.

BakuCity.az

Bakı Sabunçu elektrik qatarları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər