• Ana səhifə
  • Masazırdan Bakıya yeni avtobuslar işləyəcək
10:47, 29 oktyabr 2019

Masazırdan Bakıya yeni avtobuslar işləyəcək

Masazırdan Bakıya yeni avtobuslar işləyəcək

20 yeni avtobus istifadəyə veriləcək

Masazırdan Bakıya yeni avtobuslar işləyəcək.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Masazır qəsəbəsini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569, Xırdalan şəhəri ilə əlaqələndirən 535 saylı marşurt xətləri mövcud olsa da, əsas yük 525 saylı marşrut xəttinin üzərinə düşdüyündən sərnişinlərin çoxsaylı müraciətini nəzərə alaraq Dövlət Xidməti daşıyıcı qarşısında tələb qoyub.

Buna uyğun olaraq həmin xətt üzrə 20 yeni avtobus dekabrda istifadəyə veriləcək. Bu avtobuslar 525 saylı marşurt xəttinə əlavə olunduqdan sonra pik saatlarda yaranan problem əsaslı şəkildə azalacaq.

BakuCity.az

#Bakı #avtobus #Masazır

Şərhlər

Elan
live comments feed...