Bakıda bazarda dava düşüb, xəsarət alanlar var

Bakıda bazarda dava düşüb, xəsarət alanlar var

Alıcıya köhnə balıq satıblar

Bakıda bazarda dava düşüb.

BakuCity.az APA-ya istinadən məlumat verir ki, insident Nizami rayonunda, “8-ci km” bazarında baş verib.

Bazarda balıq satışı ilə məşğul olan qadın satıcı ilə kişi alıcı arasında əlbəyaxa dava düşüb. Dava nəticəsində hər iki şəxs müəyyən bədən xəsarətləri alıb.

İnsidentin səbəbi isə satıcının bir gün əvvəl həmin alıcıya köhnə balıq satması olub.

Faktla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı körpə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər