Qoşa Qala qapıları bərpa olundu - FOTO

Qoşa Qala qapıları bərpa olundu - FOTO

Bərpa işlərini Avstriya şirkəti görüb

XII əsrə aid Qoşa Qala qapılarında bərpa-konservasiya işləri başa çatıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən BakuCity.az-a verilən məlumata görə, bərpa işləri Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən həyata keçirilib.

2019-cu ilin ortasında başlayan layihəyə əsasən Qoşa Qala qapıları həm daxili, həm də fasad tərəfdən bərpa-konservasiya edilib. İşlər əvvəlcə Qala divarlarının daxili hissəsindən başlayıb, daha sonra isə qapılarının yanındakı iki bürc də daxil olmaqla abidə xaricdən bərpa edilib.

Qala divarları bütövlükdə sonuncu dəfə 1952-1957-ci illərdə bərpa edilib. Yarım əsrdən çox müddətdə isə tarixi abidə restavrasiya edilməyib, yalnız 2011-2012-ci illərdə İdarə tərəfindən Qala divarlarının 150 metrə yaxın hissəsi şimali-qərb istiqamətindən bərpa edilib.

İnşa tarixi erkən orta əsrlərə gedib çıxan bu əzəmətli abidə təbii olaraq zaman keçdikcə xarici təsirlər altında zədələnir və daşlar aşınmaya məruz qalır.

Qoşa Qala qapıları bərpa olundu - FOTO, fotoşəkil-1 Qoşa Qala qapıları bərpa olundu - FOTO, fotoşəkil-2 Qoşa Qala qapıları bərpa olundu - FOTO, fotoşəkil-3 Qoşa Qala qapıları bərpa olundu - FOTO, fotoşəkil-4 Qoşa Qala qapıları bərpa olundu - FOTO, fotoşəkil-5 Qoşa Qala qapıları bərpa olundu - FOTO, fotoşəkil-6

BakuCity.az

Bakı İçərişəhər Qoşa Qala
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər