Bakıda sabahın hava şəraiti açıqlandı

Bakıda sabahın hava şəraiti açıqlandı

Bəzi yerlərdə yağış yağacaq

Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, paytaxtda oktyabrın 30-da havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 12-14, gündüz 20-22 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 75-88, gündüz 55-65 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Bakıda sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

BakuCity.az

Bakı hava proqnozu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər