Bakıda iki qardaş "İnfiniti"dən 70 minlik oğurluq etdi - FOTO

Oğrular həbs edilib

Bakıda avtomobildən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlayan qardaşlar saxlanılıb.

Daxili İşlər Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, paytaxt sakini Elşən Rəhimov oktyabrın 24-də Xətai Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək həmin gecə ona məxsus “İnfiniti” markalı avtomobilin yaşadığı evin həyətində qabaq sol yan şüşəsinin sındırıldığını və nəqliyyat vasitəsinin saxlanc yerindən 14 min manat dəyərində 65 karat brilyant qaşların, 11 200 manat dəyərində 170 qram çəkidə qızıl-zinət əşyalarının, 10 000 ABŞ dolları, 3000 avro və 1500 manatının naməlum şəraitdə oğurlandığını bildirib.

Xətai RPİ Cinayət Axtarış və 37-ci Polis şöbəsi əməkdaşlarının, həmçinin ekspert-kriminalistlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı zərərçəkən şəxsə ümumilikdə 69 458 manat miqdarında maddi ziyanın dəydiyi məlum olub. Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törəkməkdə təqsirli bilinən Xəzər rayon sakinləri Rüfət Şahbazov və qardaşı Mürüfət saxlanılaraq istintaqa təqdim ediliblər. Onlardan oğurluq yolla əldə etdikləri pul və qızıl-zinət əşyaları aşkar olunaraq maddi sübut kimi götürülüb.

R.Şahbazov və M.Şahbazov Cinayət Məcəlləsinin 177.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

BakuCity.az

Bakı oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənilər növbəti təxribatlarına əl atıblar. Azərbaycan Ordusunun cəbhənin müxtəlif istiqamətlərində əldə etdiyi uğurlar, torpaqlarımızın azad edilməsi hər birimizi qürurlandırır. Bu haqlı mübarizədə vətəndaşlarımız əsgər və zabitlərimizə dəstək olmağa çalışır. Ermənistan tərəfi isə vəziyyətdən sui-istifadə edərək, “Telegram” və digər sosial şəbəkələrdə Azərbaycan adından saxta səhifələr yaradaraq müharibə qurbanlarına və əsgərlərimizə yardım adı altında v...
Cəmiyyət
Azərbaycan ordusu Zəngilan şəhəri və rayonun 6, Füzuli, Cəbrayıl, Xocavənd rayonlarının 18 kəndini işğaldan azad edib.  BakuCity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev televiziya ilə xalqa müraciətində deyib. Füzuli rayonu: Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri. Cəbrayıl rayonu: Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri. Xocavənd rayonu: Ağcakənd,...
Cəmiyyət
İşğalçı Ermənistan tərəfi Qarabağda gedən döyüşlərdə Azərbaycana məğlub olduğunu bir daha etiraf edib. BakuCity.az xəbər verir ki, Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan öz feysbuk hesabında geri çəkildiklərini bildirib: “Geri çəkilmə məğlubiyyət deyil, 1918 və 1941-ci ildə də bir geriçəkilmə var idi. 1992-ci ildə də eyni geri çəkilmə baş vermişdi”. BakuCity.az
Cəmiyyət
İgidlərimizi siz də tanıyın. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, ordumuzun rəşadəti nəticəsində işğaldan azad edilən şəhər və kəndlərimiz Ermənistan silahlı qüvvələrindən təmizlənib və həmin ərazilər bölmələrimizin tam nəzarəti altındadır. Azər...
Cəmiyyət
Az sonra Prezident İlham Əliyevin xalqa müraciəti olacaq. BakuCity.az xəbər verir ki, bu haqda məlumat AZTV-də yayımlanıb. Çıxış bütün telekanallarda yayımlanacaq. BakuCity.az
Ekologiya
Bakıda oktyabrın 21-də gözlənilkən hava şəraiti açıqlanıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, sabah mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyi...
Cəmiyyət
“Xəyallarımız puç oldu…” Ermənistan baş naziri Nikol Paşinyanın qızı Mariam Paşinyan sosial şəbəkə hesabında Dağlıq Qarabağdakı döyüşlərlə bağlı paylaşım edib. BakuCity.az xəbər verir ki, Mariam "Facebook” profilində pessimist notda yazdığı status erməni istifadəçilərdə ciddi narazılıq yaradıb. Ermənistan mətbuatı artıq baş nazirin ailəsinin belə bir bədbin ab-havada olmasını müzakirə mövzusuna çevirib. Ölkənin birinci ailəsinin dilindən bədbin ruhlu ifadə...
Cəmiyyət
“Tarixin axınının dəyişdiyi günlərdən keçirik”. BakuCity.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.  Mustafa Şentop bildirib ki, insanlıq yeni arayışlar içərisindədir: “İkili standartlardan uzaq, bütün insanların bərabərliyinə dayanan dünyanın qurulması gərəkir. Dünyanın geopolitik və ekonomik nizamı sürətli şəkildə Asiyaya axır. Bəzi siyasət alimləri tərəfindən 21-ci əsr “Asiya əsri...
Cəmiyyət
"Xudafərin" hidroqovşağının əhəmiyyəti. Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir. Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. BakuCity.az xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib. P.Şahbazov bildirib ki, eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə...