Qırmızı işıqdan keçib toqquşdu
Bakıda baş vermiş dəhşətli qəza kameralara düşüb.
BakuCity.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində baş verib.
"Opel" markalı avtomobilin sürücüsü işıqforun qadağanedici işığında yolayrıcına daxil olub. Bu zaman sağdan gələn avtomobilin önünə çıxıb. Toqquşma nəticəsində "Opel" çevrilib və bir neçə metr kənarda aşıb. Qəza nəticəsində "Opel"in sürücüsü ağır yaralanıb. Digər avtomobilə ciddi ziyan dəyib.
Həmçinin oxu: Bakıda avtomobil qəzaya düşüb yandı, polislər köməyə çatdı - VİDEO
Qeyd edək ki, hadisə zamanı "Mercedes" markalı avtomobil də eyni şəkildə qaydanı pozub. Amma qəzadan sonra dayanıb və son anda toqquşmadan xilas olub.
Xatırladaq ki, bu cür qəzalar tez-tez baş verir. Səbəb isə sürücülərin son anda yolayrıcını keçməyə cəhd etməsidir.