Bakı-Sumqayıt yolunda taksi yüksək vəzifəli polis məmurunun oğlunu vurub öldürdü - VİDEO

Bakı-Sumqayıt yolunda taksi yüksək vəzifəli polis məmurunun oğlunu vurub öldürdü - VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi oğlu ölüb

Bakı-Sumqayıt yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BakuCity.az APA-ya istinadən xəbər verir ki, qəza zamanı taksi fəaliyyəti ilə məşğul olan Müzəffər adlı sürücü idarə etdiyi "Daewoo Gentra" markalı minik avtomobili ilə 1993-cü il təvəllüdlü Vəliyev Ülvi Mehdi oğlunu vurub.

Həmçinin oxu: Bakıda maşın qırmızı işıqdan keçdi, toqquşub aşdı - VİDEO

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona hər iki ayağın sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olan Ü.Vəliyev həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ü.Vəliyev Bakı Şəhər Baş Polis İdarəsində şöbə rəisi işləyən Mehdi Vəliyevin oğludur.

BakuCity.az

Bakı piyada polis
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər