Aralarında iki azyaşlı da var
Bakıda bir ailə dəm qazından zəhərlənib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BakuCity.az-a bildirilib ki, dəm qazından zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma saat 05:02-də daxil olub.
Xəzər rayonu, Mərdəkan qəsəbəsi, İsgəndərov küç., 48 ünvanından bir ailənin 4 üzvü - ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.
Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.
Ramilə Qardaşxanqızı
BakuCity.az