Kirkorov: Bakıda ləzzətli xörəkləri yemək üçün arıqlamışam - FOTO

Rus pop-musiqisinin kralı Bakıda verəcəyi konsertdə sürprizlərdən danışdı

Rusiyanın Xalq artisti Filipp Kirkorov övladları Alla-Viktoriya və Martinlə birgə növbəti dəfə Bakıya gəlib. Bu dəfə o, “#ЦветНастроения. Я+R” adlı yeni şousunu təqdim edəcək.

BakuCity.az xəbər verir ki, müğənnin 30-31 oktyabrda Bakı Konqres Mərkəzindəki konserti ilə əlaqədar olaraq düz Heydər Əliyev Beynəlxalq Hava Limanında mətbuat konfransı baş tutub.

Jurnalistlərə söhbət edən F.Kirkorov növbəti dəfə Bakı tamaşaçıları qarşısında çıxış edəcəyi üçün çox şad olduğunu bildirib, həmçinin Bakı Kristal Zalında ilk konsetini xatırladıb:

“30 illik yaradıcılıq fəaliyyətim ərzində Bakıya daha çox gələ bilərdim. Mən uzun müddət bunu arzulamışam, bu görüşü gözləmişəm. Emin Ağalarovun, “Jara” festivalının və Azərbaycandan olan dostlarımın dəstəyi sayəsində bir neçə il əvvəl ilk dəfə burada olmuşam. Həmin vaxt arzu etdim ki, yenidən və yenidən buraya qayıdım. Dünyanın ən gözəl zallarından biri olan Bakı Kristal Zalında çıxış etmək istəyirdim və yarım il sonra bu arzum gerçəkləşdi. Mən bunu yalnız doğma vətənim Bolqarıstanda, Varna şəhərindəki çıxışımla müqayisə edə bilərəm”.

Rusiya şou-biznesinin kralı məxsusi olaraq Bakıda Azərbaycan mətbəxinin sevimli təamlarından ləzzətlə dadmaq üçün arıqladığını da etiraf edib:

“Bakıya gəlmək dadlı yeməklərdən yemək, şəhəri gəzmək və uşaqlarla xoş vaxt keçirmək deməkdir. Yeri gəlmişkən, uşaqlarım Bakını çox sevir. Yayda “Jara” festivalına gələndə hiss etdim ki, uşaqlar burada olmalıdır. Onlar hər zaman soruşurdular ki, Bakıya yenə nə vaxt gedəcəyik?”

F.Kirkorov bu iki gündə uşaqları ilə şəhərin sevimli yerlərinə - Heydər Əliyev Mərkəzi, İçərişəhər, bulvar və əlbəttə ki, şopinqə getməyi planlaşdırır. Bundan başqa, müğənninin Azərbaycanın Xalq artisti Aygün Kazımovanın qonağı olacağı da gözlənilir:

“Aygün mənə bacı kimidir! O, möhtəşəm ifaçı və parlaq qadındır. Bu yay biz Aygünlə duet yazdırdıq və “Calma” mahnısına klip çəkdirdik.

30 oktyabrdakı şoumda isə Aygün Kazımova xüsusi qonağım olacaq. Biz növbəti uğurumuzu təkrarlamağa çalışacağıq. Bu dəfə biz ikinci mahnımız “Azərbaycan”ı hazırlamışıq".

F.Kirkorovla birgə Bakıya Rusiya və Avropada tanınan DJ – Katya Quseva da gəlib.

Sonda Rusiyanın Xalq artisti Azərbaycan Prezidentinin ailəsinə və AZAL aviaşirkətinə minnətdarlığını bildirib.

Züleyxa İsmayılova

BakuCity.az

Bakı Filipp Kirkorov konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
TƏBİB COVID-19 infeksiyasına görə könüllü səhiyyə işçisi axtarır TƏBİB Azərbaycanda COVID-19 infeksiyasına qarşı mübarizə tədbirlərinə dəstək olmaq üçün bu prosesdə birbaşa iştirak etmək istəyən şəxslərin çoxsaylı müraciətlərini nəzərə alaraq səhiyyə işçilərini könüllü əməkdaşlığa dəvət edir. BakuCity.az xəbər verir ki, koronavirus xəstəliyi ilə bağlı müalicə üçün respublikanın müəyyən olunmuş müəssisələrində könüllü olaraq xidmət etmək istəyən səhiyyə işç...
İdman
May ayında Bakıda keçirilməsi planlaşdırılan paracüdo üzrə “İBSA Judo Grand Prix Baku 2020” təxirə salınıb. Milli Paralimpiya Komitəsindən BakuCity.az-a verilən məlumata görə, qurum Nazirlər Kabinetinin yanında Operativ Qərargahın koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısının alınmasına dair tövsiyələrə əsasən, Qran-prinin 2021-ci ildə keçirilməsi ilə bağlı “International Blind Sports Federation” (IBSA) ilə razılıq əldə olunub. Anlaşmaya əsasən,...
Cəmiyyət
Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb Vətəndaşlar üçün SMS icazə sistemindən istifadə qaydaları ilə bağlı videotəlimat hazırlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən BakuCity.az-a verilən xəbərə görə, videotəlimatda vətəndaşların SMS icazə sistemindən necə istifadə etmələri barədə məlumatlar qeyd edilib. BakuCity.az
Cəmiyyət
"Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı aprelin 5-dən hərəkətinə icazə verilən şəxslərin şəxsi avtomobili ilə sərnişin daşıması qadağan olunacaq". BakuCity.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, icazəsi olan şəxs avtomobilində çölə çıxmağa icazəsi olan digər şəxsi də apara bilə...
Kriminal
Bakıda cibgirliklə məşğul olan şəxs saxlanılıb Bakı şəhər sakini qadının cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 6 dəfə məhkum olunmuş Rövşən İsmayılov saxlanılıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, əməliyyatı Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi və Nizami Rayon Polis İdarəsinin əməkdaşları keçirib. Saxl...
Cəmiyyət
Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Ka­bineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən...
Ekologiya
Səhər duman olacaq Bazar günü Bakıda gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata göər, aprelin 5-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Səhər saatlarında duman olacaq. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 6-8, g...
Cəmiyyət
Buna görə hüquqi məsuliyyət nəzərdə tutulmayıb Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda xüsusi karantin rejimi şəraitində vətəndaşları maraqlandıran suallara aydınlıq gətirib: - Tətbiq olunan xüsusi karantin rejimi dövründə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında şəxsi minik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirmi? - Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu arasında avtomobillə hərəkətə yalnız xidməti vəsiqə və ya iş yeri barədə a...
Cəmiyyət
“Hazırkı şəraitdə ən gözəl tədbir evdə qalmaqdır” Azərbaycanda koronavirusa görə epidemioloji vəziyyət gərgindir, insanlar bunu nəzərə almalıdırlar. BakuCity.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Trend-ə deyib. Onun sözlərinə görə, epidemioloji vəziyyətin gərgin olmasına baxmayaraq, dövlət xəstəliyin yayılmasının qarşısını almaq üçün bütün qabaqlayıcı tədbirləri görür. İ.Ağayev əlavə edib ki, Azərbaycan qlobal ko...