Bakıda sakinlər çənlərin sökülməsinə etiraz edir: polis işə qarışdı - VİDEO

Bakıda sakinlər çənlərin sökülməsinə etiraz edir: polis işə qarışdı - VİDEO

Sakinlərdən 30 manat tələb edildiyi deyilir

Bu gün səhər saatlarından Bakının Xətai rayonunda yaşayış binalarında qoyulan su çənləri sökülür.

BakuCity.az xəbər verir ki, bu barədə sakinlər Baku.ws-ə bildiriblər.

Məlumata görə, General Səməd bəy Mehmandarov küçəsində yerləşən binalarda qoyulan su çənləri sökülür.

Bildirilir ki, Mənzil İstismar Sahəsinin işçiləri sakinlərin razılığı olmadan su çənlərini sökməyə başlayıblar. Bu azmış kimi sakinlərdən zəhmət haqqı kimi 30 manat da tələb edirlər.

Üstəlik, su çənlərinin sökülməsi zamanı bütün təhlükəsizlik tədbirləri pozulub, ətrafı su basıb.

Sakinlər buna etiraz etməyə başlayıblar. Əraziyə polis çağırılıb.

BakuCity.az

Bakı su çənləri etiraz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər