Lebedev Bakıda NATO təhlükəsindən danışdı

Lebedev Bakıda NATO təhlükəsindən danışdı

"NATO-nun aktivliyini artırması xüsusi narahatlıq doğurur"

MDB-yə üzv ölkələrdə bizim ümumi, həmçinin milli təhlükəsizliyimizin təmin olunması üçün müvafiq orqanlar arasında əməkdaşlığın və addımların koordinasiyasına xüsusi diqqət yetirilir.

BakuCity.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev Bakıda keçirilən MDB Müdafiə Nazirlərinin Şurasının 77-ci iclasında çıxışı zamanı bildirib.

O deyib ki, inteqrasiyanın bu sahəsi iştirakçı ölkələrin, eləcə də MDB-nin özünün sabitliyinin qorunması üçün önəmli faktorlardan biri olaraq qalır: 

“Çox təəssüflər olsun ki, Anapa şəhərində baş tutan son görüşümüzdən bəri dünyadakı vəziyyət yaxşılığa doğru dəyişməyib. Beynəlxalq münasibətlərdə yüksək konflikt potensialı hələ də qalır. Strateji təhlükəsizlik sahəsində razılaşmaları pozan ayrı-ayrı bizə məlum olan ölkələr beynəlxalq münasibətlərdə güc yolu ilə diktə siyasətini davam etdirir”.

S.Lebedev bildirib ki, kosmik məkanda silah yerləşdirmək cəhdləri də davam etdirilir:

“Bizim birliyin Qərb sərhədlərində NATO-nun hərbi infrastrukturunun yerləşdirilməsi, aktivliyini artırması xüsusi narahatlıq doğurur”.

BakuCity.az

Bakı Sergey Lebedev NATO
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər