Bakıda avtomobilin vurduğu hüquq müdafiəçisinin son durumu açıqlandı

Bakıda avtomobilin vurduğu hüquq müdafiəçisinin son durumu açıqlandı

Özəl xəstəxanaya köçürülüb

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Bakıda gecə saatlarında vurulduğu avtomobilin sürücüsü tərəfindən Kliniki Tibbi Mərkəzə gətirilib.

Bu barədə BakuCity.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həkimlər xəstəyə kəllə sümüyünün sınığı və beyinin əzilməsi diaqnozu qoyublar. Xəstəyə lazımi tibbi yardım göstərilib və stasionar müalicəyə götürülüb.

Yaxın qohumlarının təkidli xahişlərini nəzərə alaraq onu özəl tibb müəssisəsi olan “City Hospital”a köçürüblər.

O.Gülalıyevin müalicəsi və aparılan müayinələr Səhiyyə Nazirliyinin nəzarəti altındadır.

Qeyd edək ki, taksi fəaliyyəti göstərən sürücü O.Gülalıyevi Səməd Vurğun bağının yanında piyada keçidində yolu keçərkən vurub.

Videoda görünür ki, maşın yoluna davam etməli olan tərəfdən yox, piyada zolağının üzərindəki piyadanın birbaşa üzərinə və əks yola keçərək yaşıl işıqda keçən piyadanı vurur.

BakuCity.az

Bakı qəza hüquq müdafiəçisi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər