Bakıda evlərdən oğurluq edən gürcü tutuldu

Bakıda evlərdən oğurluq edən gürcü tutuldu

Beş evdən pul və qızıl-zinət oğurlanıb

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən BakuCity.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən əcnəbi vətəndaş D.Qoqiçaişvili saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 4 evdən pul və qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

BakuCity.az

Bakı oğurluq əcnəbi vətəndaş
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər