İntensiv yağış yağacaq
Sabahdan Bakıda havanın temperaturu aşağı düşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, oktyabrın 31-də paytaxtda arabir yağış yağacağı gözlənilir, gecə və səhər yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gün ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu Bakıda gecə 12-14, gündüz 16-18 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Oktyabrın 31-də Bakıda hava şəraitinin dəyişəcəyi, küləkli və yağışlı olacağı, temperaturun bir qədər aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
BakuCity.az