• Ana səhifə
  • ÜST: İçərişəhər tütündən azad zona olsa da, buna əməl edilmir
14:07, 30 oktyabr 2019

ÜST: İçərişəhər tütündən azad zona olsa da, buna əməl edilmir

ÜST: İçərişəhər tütündən azad zona olsa da, buna əməl edilmir

Azərbaycanda bəzi məhdudiyyətlərə əməl edilmir

İçərişəhər tütündən azad zona müəyyən edilsə də, buna əməl olunmur.

BakuCity.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O qeyd edib ki,  Azərbaycanda siqaretlərin tək-tək, ədədlə satılması düzgün deyil. Çünki, bu, yeniyetmələrin siqaretə əlçatanlığını artırır:

“Tütünlə kofein insanda, demək olar, eyni səviyyədə asılılıq yaradır. Ttündən imtina edilmə sistemi yaradılmalıdır. Bu sistem işlək olmalı və hər kəs tərəfindən dəstəklənməlidir. Amma bu, asan məsələ deyil, çünki bizimlə mübarizə aparan milyardlarla dollarlıq tütün sənayesi var. Onlar tütünün reklamı üçün milyonlarla dollar xərcləyirlər. Biz isə buna qarşı az vəsaitlə mübarizə aparmağa çalışırıq".

H.Harmancı bildirib ki, Azərbaycanda tütünçəkmə ilə mübarizə sahəsində qoyulan bəzi məhdudiyyətlərə əməl edilmir:

"İçərişəhər tütündən azad zona müəyyən edilib, amma hələ də oradakı kafelərdə insanlar tütün çəkməkdə davam edirlər".

BakuCity.az

#İçərişəhər #ÜST #tütün

Şərhlər

Elan
live comments feed...