Xəmir yeməklərini sevənlərə həkim məsləhəti - Bakı restoranlarında QİYMƏTLƏR + SİYAHI

Xəmir yeməklərinə sadiq qalanlar üçün menyu

Milli mətbəximizin xüsusi təamları sayılan xəmir yeməkləri bir çox paytaxt sakininin də həssas nöqtəsidir. Yəni paytaxtda “hava soyuqdursa, deməli, əsl xəngəl havasıdır”, - deyənlər az deyil. Lakin mütəxəssislər gürzə, düşbərə, qutab və s. kimi xəmir xörəklərindən çox qəbul etməyin zərərli olduğunu vurğulayır.

Xəmir yeməkləri immun sistemini gücləndirirmi? Daha az xəmir xörəyi yemək üçün nə etmək lazımdır? Ümumiyyətlə, xəmir yeməkləri hansı xəstəliklərin yaranmasına səbəb olur?

BakuCity.az-ın bu və ya digər suallarını həkim-dietoloq, pəhrizlə bağlı kitabların müəllifi Leyla Zülfüqarlı cavablandırıb. 

Xəmir yeməkləri immun sistemini gücləndirmir

L.Zülfüqarlı hesab edir ki, azərbaycanlıları kökəldən, belə demək mümkünsə, milli səbəblər var. Onlardan da ən başlıcası milli mətbəxdir:

“Milli mətbəximizdə yüksək kalorili qidalar sırasında xəmir yeməkləri də var. Əksər insanlar hesab edir ki, soyuq aylarda yeyilən xəmir yeməkləri daxili temperaturu yüksəldir və soyuqla yanaşı, xəstəliklərə qarşı da dözümlülük yaradır. Bu, haradasa yanlış düşüncədir. Xəmir yeməklərində karbohidrat olduğuna görə insanı tox saxlayır və xoş əhval-ruhiyyə yaradır, amma müvəqqəti.

Soyuq aylarda iltihabi xəstəliklərə qarşı müqavimətimizin güclü olması üçün bizim antioksidant depomuz güclü olmalıdır. Antioksidant isə daha çox ət, meyvə və vitaminli mikro-elementlər zəngin olan qidalardan alınır. Düzdür, un insan orqanizmi üçün vacib hesab olunan B qrup vitaminlərlə zəngindir, amma unun verdiyi həmin maddələr gün ərzində alacağımız digər qidalarda da çoxluq təşkil edir. Bir sözlə, xəmir yeməkləri ilə mədəmizi yükləmək bizə gözləntilərimizin əvəzinə artıq kalori və çəki verir”.

Həkim-dietoloqun fikrincə, xəmir xörəkləri az yeyildikcə ona qarşı istək də azalır. Bu da insan orqanizmində olan insulin hormonu ilə əlaqəlidir:

“İnsulin hormonu bizi şəkərdən qorumaq üçün daimi dövriyyədədir. Daha çox karbohidratla bəsləndiyimiz zaman isə insulini artırmış oluruq ki, bu da əks reaksiya verir – piylənməyə səbəb olur və tip 2 diabetik mərhələdən əziyyət çəkməyimizlə nəticələnir. Təəssüf ki, tip 2 diabetik xəstəliklərdən ölkədə əziyyət çəkənlərin sayı da çoxdur”.

“Onlar milli mətbəxə sadiqdirlər və sağlam həyat tərzini seçməyiblər”

Kimlərin xəmir yeməklərini xoşlamasına gəlincə, L.Zülfüqarlının sözlərinə görə, o insanlar ki, həftədə iki-üç dəfə xəmir xörəyi yeyir və yenə istəyir, deməli, onlarda karbohidrat mübadiləsinin pozğunluğu yaranıb:

“İllərlə müalicə etdiyim insanlarda bu problem var və adi “chek-up” müayinə ilə səbəbi taparaq problemi həll edə bilirik. Amma bu tip insanlar birdən-birə xoşladıqları yeməklərdən imtina edə bilmədiyi üçün ayda maksimum iki dəfə yemələrini tövsiyə edə bilirəm. Bu da o insanlara aiddir ki, onlar milli mətbəxə sadiqdirlər və sağlam həyat tərzini seçməyiblər.

Həmçinin oxu: Bakıdakı təmizlik şirkətləri: xidmət fərqi və QİYMƏTLƏR

Xəmir yeməklərini bəyənməyən insanlara isə ümumiyyətlə, bu yeməklərə öyrəşməməyi tövsiyyə edirəm. Çünki xəmir yeməklərində qlüten ağırlığı da var. Biz, ümumiyyətlə, xalq olaraq qlütenə çox həssasıq. Bu səbəbdən də hər beş nəfərdən dördündə qəbizlik, köpmə və s. kimi bağırsaq problemləri var”. 

Mütəxəssis deyir ki, xüsusilə, kişilər arasında “yeyirəm, sonra gedib idman edirəm” deyə fikir də formalaşıb:

“Problem sadəcə kalorinin artıqlığında deyil, qida tərkibinin sağlam olmamasındadır. Sağlam olmayan tərkib isə bədənə neyromoral – endokrin istiqamətlərdə ziyan verir”.

Tip 2 şəkərli diabet və qlüten həssaslığı

Tip 2 şəkərli diabet hiperqlikemiya, insulinə rezistentlik və insulin sekresiyasının pozulması ilə xarakterizə olunur. Mütəxəssislərin fikrincə, tip 2 şəkərli diabet xəstəliyinin inkişafı riski yüksək olsa da, geniş əhali kütləsi arasında onun profilaktikası imkanları məhduddur.

Qlüten buğda, çovdar və arpanın tərkibində mövcud olan elastik bir proteindir. “Yapışdırıcı” mənasını verir. Qlüten həssaslığı, allergiyası, yaxud tibbi adı ilə “Celiac” xəstəliyi olan insanlar bu proteini qəbul etdikləri an immun sistemi bədənə “düşmən” daxil olduğunu düşünərək, öz hüceyrələrinə hücum etməyə başlayır və nəticədə kiçik bağırsağa çox ciddi zərər vurur. 

Həmin vaxt kiçik bağırsağın divarlarında olan barmağabənzər, balaca hissəciklər bu proteini gördükləri an iltihablanaraq yastılaşırlar. Bu çıxıntıların əsas vəzifəsi bağırsağa düşən qidaların tərkibindəki zəruri maddələrin bədənə sorulması olduğu üçün bu qabiliyyətlərini itirdikləri an orqanizmdə mədə-bağırsaq simptomları özünü göstərir və insanlarda ürəkbulanma, ishal, qəbzlik, şişkinlik, qarın ağrısı, yorğunluq, zəiflik, baş ağrıları, qusma, qan azlığı, sümük və oynaq ağrıları, dildə şişkinlik, ağızda yaralar, əsəb pozğunluğu, dəri xəstəlikləri və artıq çəki problemləri yaranır. 

Qlüten dözümsüzlüyü cinsindən asılı olmayaraq özünü uşaq yaşlarından biruzə verir, müalicəsi isə yoxdur. Yeganə xilas yolu “qlütensiz həyat tərzi” yaşamaqdan keçir.

Bütün bu deyilənlərə rəğmən, xəmir yeməklərinə sadiq qalanlar üçün menyu

Milli mətbəxə sadiq qalanlar üçün paytaxtda fəaliyyət göstərən 10 restoranda təklif olunan menyularla da maraqlandıq. Məlum oldu ki, paytaxtda əksər restoran və kafelərdə xəmir yeməkləri servis edilir. Menyular təxminən eyni olsa da, qiymətlərdə fərq var.

Qiymət cədvəli:

Restoran

Yemək

Qiymət

CafeCity Fountain

Gürzə

7.00 AZN

Gürzə (qızardılmış)

6.90 AZN

Düşbərə

2.80 AZN


Anadol
u

Gürzə

4.30 AZN

Qızardılmış gürzə

4.80 AZN

Düşbərə

3.10 AZN

Qızardılmış düşbərə

3.40 AZN

İlisu

Düşbərə

3.00 AZN

Sürhüllü (quru və yaş ətlə)

8.00 AZN

Gürcü xəngəli (1 ədədi)

0.50 AZN

Yarpaq xəngəli (qiymə)

3.00 AZN

Yarpaq xəngəli - toyuqla, buxarda və lobya şorbası ilə

5.00 AZN

Xaçapuri

3.00 AZN


Qazmaq

Xingəl (250 qram)

6.00 AZN

Gürzə (220 qram)

6.00 AZN

Təndir & Kabab

Yarpaq xəngəli (250 qram – quzu və çolpa ilə)

6.00 AZN

Gürzə (10 ədəd)

6.00 AZN

Mari Vanna

Qızıl balıqla pelmeni

16.00 AZN

Quzu әti ilә pelmeni

10.00 AZN

Dana әtindәn olan sibirsayağı pelmeni

11.00 AZN

Kartoflu, albalı vә fermer qaymağı ilә vareniklәr

10.00 AZN

Kәsmikli varenik

8.00 AZN

Restoran Teleqüllə

Düşbərə

5.00 AZN


Firuzə

Yarpaq xəngəli (300 qram)

6.50 AZN

Gürzə (200 qram)

7.50 AZN


Naxçıvan

Düşbərə

6.00 AZN

Əriştə

6.00 AZN

Sumax

Gürzə

13.00 AZN

Gürzə (nar şirəsində)

14.00 AZN

Yarpaq xəngəli (yağda qovrulmuş quzu qiyməsi və soğanla)

16.00 AZN

Düşbərə

7.00 AZN

Əriştə

8.00 AZN

Nuş Olsun! 

Ramilə Qardaşxanqızı

BakuCity.az

Bakı xəmir yeməkləri həkim menyu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
28 nəfərlik restoranı da var Bakı-Tbilisi-Ankara istiqaməti üzrə sərnişin daşınmasını həyata keçirən qatar 10 vaqondan ibarətdir. BakuCity.az-ın məlumatına görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən Baku.ws-ə bildirilib.  Məlumata görə, onlardan biri 28 nəfərin eyni vaxtda yemək yeyə biləcəyi restoran-vaqondur. Digər 9 vaqonda ümumilikdə 216 sərnişin üçün yer var. Onlardan 6-sı ikinci sinif vaqonlardır, biri xüsusilə əlil araba...
Cəmiyyət
Şübhəli şəxs qismində saxlanılıblar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Neftçala rayonunda vəzifəli şəxslərin saxlanılması ilə bağlı açıqlama yayıb. BakuCity.az-ın məlumatına görə, açıqlamada deyilir: "Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol ver...
Cəmiyyət
"Nazirlik olaraq ağacların, yaşıllıqların mühafizəsi bizim üçün əsasdır" Yeni tikilən binaların ərazisinin 25 faizində yaşıllıq salınmasına dair icraçı qarşısında tələb qoyulur. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bildirib: “Dövlət Ekspertiza İdarəsində ekoloji rəyin alınması, tikinti və infrastruktur layihələrin ekoloji cəhətdən...
Hadisələr
Bakıda uşaq poliklinikasında yanğın olub. Fövqəladə Hallar Nazirliyindən BakuCity.az-a verilən məlumata görə, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən uşaq poliklinikasında 1 ədəd elektrik qızdırıcısı yanıb. Yanğın yanğından mühafizə bölmələri hadisə yerinə çatana kimi işçilər tərəfindən söndürülüb. BakuCity.az
İdman
“Hoffenhaym”ın yetirməsidir 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni oyunçu çağırılıb. BakuCity.az Apasport.az-a istinadən verdiyi məlumata görə, “Hoffenhaym”ın müdafiəçisi Kaan Özkaya ilk dəfə yığmamıza dəvət edilib. Yeni milliləşdirilən 18 yaşlı oyunçu “Hoffenhaym” futbol məktəbinin yetirməsidir. Mannheymdə anadan olan Özkayanın Almaniya və Türkiyə vətəndaşlığı olub. Gənc müdafiəçi ötən ilin yayında “Hoffenhaym”ın U-17 komandasından U-1...
Şəkil. Binəqədi rayonu, 8-ci mikrorayon, 12 nömrəli kvartal
İşçi Qrup yaradılıb Bakıda yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazası yaradılır. BakuCity.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geodeziya və Kartoqrafiya müəssisəsinin direktoru Nazim İsmayılov bu gun nazirlikdə keçirilən mətbuat konfransında deyib: “Respublika ərazisindəki mövcud yaşıllıqların real vəziyyətinin qiymətləndirilməsi məqsədilə ETSN tərəfindən vizual nəzarət sisteminin və...
Cəmiyyət
"Köhnə borular deşiləndə taxta çivlərdən istifadə edib suyumuzu götürürdük. Bəs indi nə edək?” "Yaşma bağları" yaşayış massivinin sakinləri yenə də susuzluqdan şikayət edirlər. Sakinlərin BakuCity.az-a bildirdiyinə görə, haradasa bir aydan çoxdur ki, su üzünə həsrət qalıblar: "Ötən ilin oktyabr ayında müvafiq qurumlara şikayət etdik, noyab ayında gəlib baxdılar və dedilər ki, sovet dövründən qalma çürük boruları yeni plastik borularla əvəz edəcəklər. Sumqa...
Cəmiyyət
Ümumilikdə 20 vaqon gətiriləcək Bu ilin may ayında Bakıya yeni metro vaqonları gətiriləcək. BakuCity.az-ın məlumatına görə, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”a deyib. Onun sözlərinə görə, ümumilikdə 20 vaqonun gətirilməsi gözlənir: "Yeni vaqonların istehsalı eyni zamanda aparılır. Bu səbəbdən bu il üçün nəzərdə tutulan 20 vaqon və yaxud 4 qatarın eyni vaxtda Bakıya gətirilməsi gözlənilir. Digər vaqonlar...
Mədəniyyət
CinemaPlus-da “Doktor Dulittlin heyrətamiz səyahəti”  "28 Mall" Ticarət Mərkəzində yerləşən "CinemaPlus" Premium-klass Kinoteatrında “Doktor Dulittlin heyrətamiz səyahəti” macəra filminin premyeradan öncə nümayişi baş tutub. BakuCity.az xəbər verir ki, tədbir zamanı cəngəllik mühiti bütün kinoteatrı bürüdü. Heyvanlar və bitkilər cəngəlliyin vəhşi ruhunu təcəssüm etdiriblər. Gecədə diqqət çəkən digər məqam isə qonaqların zövq aldığı quşlarla şou proqram olu...